Ana Sayfa > Karusel / Gündəm > Gəncədə 11-ci sinif şagirdini ürəyindən bıçaqlayan şəxs saxlanıldı

Gəncədə 11-ci sinif şagirdini ürəyindən bıçaqlayan şəxs saxlanıldı


13-02-2018, 20:51. Yazar: Xeberaz


Gəncədə 17 yaşlı oğlanı qətlə yetirən şəxs saxlanılıb.
 
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində məlum olub ki, şəhər sakini, 2001-ci il təvəllüdlü Bağırov Elnur Həsən oğlunu onun həmyaşıdı, 2001-ci il təvəllüdlü Tağıyev Tural İsmayıl oğlu qətlə yetirib.
 
Cinayəti törədən şəxs saxlanılıb.
 
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. 



Geri dön