Ana Sayfa > Karusel / M2 / İbadət > Quranın bütün bəşər üçün nazil olması nə məna daşıyır?

Quranın bütün bəşər üçün nazil olması nə məna daşıyır?


13-02-2018, 17:09. Yazar: Xeberaz


Quran o səma kitablarındandır ki, kamil olub, Qiyamətə qədər olan bütün bəşər üçün nazil olmuşdur. Bu həqiqəti Quran ayələrinin özündə də görmək olur.
 
“De: “Allah mənimlə sizin aranızda şahiddir və bu Quran mənə vəhy olunub ki, onun vasitəsiylə (həm) sizi və (həm də bəşər nəslinin kökü kəsilənədək) onun çatdığı hər bir kəsi qorxudam””. (“Ənam” 19).
 
“Və hər bir şeyin (elm və maariflərin) dolğun açıqlaması və aydınlaşdırıcısı və müsəlmanlar üçün başdan-başa hidayət, rəhmət və müjdə mənbəyi olan bu kitabı sənə nazil etdik”. (“Nəhl” 89).
 
“(Bu Quran) yalandan uydurulması mümkün olan bir söz deyil. Lakin özündən öncə olan (səma kitabların)ı təsdiq edən,(din işləri və mənəvi maarif barəsində) hər bir şeyi müfəssəl izah edən və imanı olan tayfa üçün doğru yol göstərən və mərhəmətdir”. (“Yusif” 111).
 
Quranın bütün bəşər üçün nazil olması o deməkdir ki, Quran irq və cəmiyyət tanımır, bütün insanlıq üçün nazil olmuş Allah Kitabıdır. Çünki Quran elə bir kamil kitabdır ki, bəşərin bütün ehtiyaclarına cavab verə bilir. Bu həqiqət Qiyamətə qədər davam edəcəkdir. (Erfan)
 
“Furqanı (haqq ilə batili bir-birindən ayıran, ayə və surələri bir-birindən ayrı olan Quranı) aləmdəkilərin hamısını (kökləri kəsilənədək bütün insan və cinləri) qorxutmaq üçün bəndəsinə tədricən nazil edən (Allah) uca, əbədi və çox bərəkətlidir”. (“Furqan” 1).
 
“Halbuki, bu (Peyğəmbər və bu Quran) aləmlərə öyüd-nəsihət vasitəsindən başqa bir şey deyildir”. (“Qələm” 52).
 
Allah Təala Həzrət Peyğəmbərin (s) xatəm olmasına işarə edərək buyurmuşdur: “Və Biz səni bütün insanlara (öz əsrindən dünyanın sonundək) qoruyan və (salehlərə) müjdə verən və (pisləri) qorxudan (kimi) göndərdik. Lakin camaatın əksəriyyəti(bunu) bilmir”. (“Səba” 28).
 
Yəni, sən elə Peyğəmbərsən (s) ki, Qiyamətə qədər olan bütün bəşəri hidayət etmək üçün məbus olmusan. Sənə nazil olan Quran da Qiyamətə qədər cavidan qalacaqdır.
(deyerler/org)
Geri dön