Ana Sayfa > Karusel / Şou-Biznes / M2 > Ancelina Coli rus çariçası olacaq

Ancelina Coli rus çariçası olacaq


5-07-2015, 15:33. Yazar: Xeberaz
Ancelina Coli rus çariçası olacaq
Hollivud aktrisası sevgi macəraları ilə yadda qalan İkinci Yekaterinanı canlandıracaq.
Tanınmış Hollivud aktrisası Ancelina Coli rus çariçası İkinci Yekatrina haqqında filmdə çəkiləcək. ANS PRESS-in məlumatına görə, aktrisa britaniyalı tarixçi Saymon Sebaq Montefiorenin bestsellerini ekranlaşdırmağa icazə alıb. Kitab İkinci Yekatrina ilə Qriqori Potyomkinin sevgisi haqqındadır.

"Mən çox sevinirəm ki, Ancelina məhz mənim əsərimi seçib. Çünki bu, mənim ilk kitabım olub və mən onu çox sevirəm. Yekatrina - unikal qadın obrazıdır. Mən hiss edirəm ki, bu əsəri etibarlı əllərə təhvil verirəm", - deyə Sebaq Montefiore bildirib. Ancelina Coli baş rolu oynamaqla yanaşı, filmin rejissoru və prodüsseri də olacaq.

Geri dön