Ana Sayfa > Karusel / İqtisadiyyat > Rabitə sahəsində işləyənlərin sayı azalıb, maaşları artıb

Rabitə sahəsində işləyənlərin sayı azalıb, maaşları artıb


12-02-2018, 10:31. Yazar: Xeberaz


Ötən il Bakının nəqliyyat müəssisələrində çalışan işçilərin orta siyahı sayı 1,5 faiz artaraq 52,2 min nəfər olub.
Bakı Statistika Komitəsindən daxil olan məlumata görə, orta aylıq əməkhaqqı 13,5 faiz artaraq 858,2 manat təşkil edib. 
2017-ci ilin yanvar-noyabr aylarında rabitə müəssisələrində çalışan işçilərin orta siyahı sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz azalaraq 17,5 min nəfər olub.
Orta aylıq əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,3 faiz artaraq 1099,5 manat təşkil edib.
Dövlət sektorunda çalışanların orta aylıq əməkhaqqı 782,8 manat, qeyri-dövlət sektorunda isə 1441,2 manat təşkil edib.
Geri dön