Ana Sayfa > Karusel / Gündəm > Rusiyada təyyarə qəzasında ölən azərbaycanlı biznesmen imiş

Rusiyada təyyarə qəzasında ölən azərbaycanlı biznesmen imiş


11-02-2018, 21:05. Yazar: Xeberaz


Rusiyada təyyarə qəzasında ölən Namiq Qəhrəmanovun azərbaycanlı olduğu təsdiqlənib.
Xəbəraz.Az xəbər verir ki, Orskdakı Azərbaycan icmasından APA-nın Rusiya bürosuna verilən məlumata görə, N. Qəhrəmanov əslən Azərbaycanın Yevlax rayonundan olub.
N. Qəhrəmanov 2 il əvvəl Orenburqun Orsk şəhərinə gəlib, biznes fəaliyyət ilə məşğul olmağa başlayıb. Rusiya vətəndaşı olan N. Qəhrəmanovun tikiş sexi olub.
19:24
Xəbər verdiyimiz kimi, Rusiyada  An-148 sərnişin təyyarəsi qəzaya uğrayıb. Qəzada həyatını itirən sərnişinlərin siyahısı dərc edilib.
Sərnişinlərin siyahısında Namiq Qəhrəmanov adlı şəxsin də adı yer alıb.
N. Qəhrəmanovun Azərbaycan vətəndaşı olduğu ehtimal edilir.
Geri dön