Ana Sayfa > Karusel / Hadisə > Kanada baş nazirinin korteji qəzaya uğradı

Kanada baş nazirinin korteji qəzaya uğradı


10-02-2018, 12:04. Yazar: Xeberaz
Kanadanın baş naziri Castin Trüdonun maşın korteji qəzaya uğrayıb.
Məlumata görə, hadisə ABŞ-ın Kaliforniya ştatında baş verib.
 
Qəza nəticəsində baş nazir xəsarət almayıb.
 
Məlumata görə, Simi-Velli şəhərində Ronald Reyqan adına kitabxanada nitqlə çıxışını bitirdikdən sonra geri qayıdarkən Toyota markalı avtomobil baş nazirin kortejini müşayiət edən motosikletlə toqquşub.
 
Motosiklet və avtomobil sürücüləri xəstəxanaya çatdırılıb.
Geri dön