Ana Sayfa > Karusel / Hadisə > Evə gec gəldiyi üçün Bakı sakini arvadını bıçaqladı

Evə gec gəldiyi üçün Bakı sakini arvadını bıçaqladı


9-02-2018, 16:02. Yazar: Xeberaz


Fevralın 8-də Bakıda kirayədə yaşayan, İsmayıllı rayonundan olan 29 yaşlı Səxavət Piriyev 23 yaşlı həyat yoldaşı – Hacıqabul rayonundan olan Səbinə Səfərovanı qarın nahiyəsindən bıçaqlayıb.
“Sputnik” xəbər verir ki, hadisə nəticəsində gənc qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Piriyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Polisə verdiyi ifadəsində ər bildirib ki, arvadını evə gec qayıtdığı üçün blçaqlayıb.
Faktla bağlı cinayət işinə başlanılıb.
Geri dön