Ana Sayfa > Karusel / Gündəm > Sabahdan MSK üzvlərinin televiziyada çıxışları başlayacaq

Sabahdan MSK üzvlərinin televiziyada çıxışları başlayacaq


8-02-2018, 20:12. Yazar: Xeberaz
MSK üzvlərinin televiziyada çıxışları başlayacaq

Sabahdan Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlərinin İctimai Televiziyada çıxışları başlayacaq.
Bunu MSK sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.
M.Pənahov qeyd edib ki, bu il yenilik ondan ibarətdir ki, televiziyadakı çıxışlar radio vasitəsilə də yayımlanacaq ki, daha çox insanın diqqətinə çatsın. M.Pənahov əlavə edib ki, MSK üzvlərinin “Azərbaycan” qəzetində məqalələri çıxacaq.
MSK sədri sosial şəbəkələrin monitorinqi mexanizminin hazırlanmasının vacibliyini də qeyd edib.

Geri dön