Ana Sayfa > Karusel / Gündəm > Metro və avtobus kartları dəyişdirilir? - AÇIQLAMA

Metro və avtobus kartları dəyişdirilir? - AÇIQLAMA


8-02-2018, 14:21. Yazar: Xeberaz


Bu gün bir neçə media orqanı “BakıKart”ın yaxın zamanda dəyişdiriləcəyi ilə bağlı məlumat dərc edib.
Yayılmış informasiya sosial şəbəkədə birmənalı qarşılanmayıb və sakinlərin narahatlığına səbəb olub.
Bakı Nəqliyyat Agentliyi sözügedən məsələyə aydınlıq gətirib. Bildirilib ki, bu sistemlə bağlı hər hansı bir dəyişiklik, eləcə də alternativ ödəniş üsullarının tətbiqi nəzərdə tutulmayıb:
“Yerli elektron kütləvi informasiya vasitələrində bu mövzuda yayılan məlumat həqiqəti əks etdirmir. Qeyri-müəyyən mənbəyə istinadən verilən məlumatın müvafiq dövlət qurumunun mövqeyi olmadan yayılması təəssüf doğurur. KİV nümayəndələrindən qeyri-müəyyən mənbələrdən əldə etdikləri məlumatlar əsasında xəbər hazırlayarkən müvafiq dövlət qurumları ilə dəqiqləşdirmələr aparmalarını xahiş edirik”.
Geri dön