Ana Sayfa > Karusel / Hadisə / Dünya > Tayvanda zəlzələ qurbanlarının sayı artdı

Tayvanda zəlzələ qurbanlarının sayı artdı


8-02-2018, 12:42. Yazar: Xeberaz

Tayvanın Xualyan bölgəsində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə təbii fəlakətlə əlaqədar yaradılan operativ qərargahın yaydığı açıqlamada bildirilir.
 
Məlumata görə, zəlzələ nəticəsində 265 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 62 nəfər itkin düşmüş hesab edilir.Qeyd edək ki, fevralın 6-da Xualyanda 6,5 bal gücündə zəlzələ baş verib.  Güclü zəlzələdən sonra bölgədə təkrar yeraltı təkanlar davam edir.


Geri dön