Ana Sayfa > Karusel / Gündəm > Sürüşmə zonasından köçürülmüş sakinlər üçün məktəblərdə pul yığılıb? - AÇIQLAMA
Sürüşmə zonasından köçürülmüş sakinlər üçün məktəblərdə pul yığılıb? - AÇIQLAMA6-02-2018, 18:52. Yazar: Xeberaz |
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) Bayıl yamacındakı sürüşmə sahəsindən köçürülmüş sakinlərə yardım məqsədilə məktəblərdə pul yığılması barədə yayılan məlumatlara münasibət bildirib. İdarənin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədovun Trend-ə verdiyi məlumata görə, Bayıl yamacındakı sürüşmə sahəsində yaşayan sakinlərdən 73 nəfəri 24 yanvar 2017-ci il tarixdən müvəqqəti olaraq Bakı şəhərindəki 163 nömrəli tam orta məktəbin akt zalı və 3 tədris otağında yerləşdirilib. Hazırda həmin sakinlərdən 42 nəfəri məktəbdə məskunlaşıb. Məktəbdə müvəqqəti məskunlaşan sakinlərin bütün zəruri ehtiyacları dövlət tərəfindən ödənilir. Bayıl yamacındakı sürüşmə sahəsindən köçürülmüş sakinlərə yardım məqsədilə BŞTİ-nin tabeliyindəki məktəblərdə heç bir vəsait toplanmayıb. Səbail Rayon İcra Hakimiyyətindən onların köçürülməsi ilə bağlı yaxın müddətdə qərar veriləcəyi bildirilib. Geri dön |