Ana Sayfa > Karusel / Gündəm > Xızıda yol tikintisinə 2 milyon manat ayırılıb

Xızıda yol tikintisinə 2 milyon manat ayırılıb


6-02-2018, 18:40. Yazar: Xeberaz


Prezident İlham Əliyev fevralın 6-da Xızı rayonunun Giləzi-Xızı (34 km)-Fındığan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncamla Giləzi-Xızı (34 km)-Fındığan avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.


Geri dön