Ana Sayfa > Karusel / Hadisə / M2 / Foto-fakt > Sabirabadda ağır qəza: 1 ölü, 4 yaralı - FOTO

Sabirabadda ağır qəza: 1 ölü, 4 yaralı - FOTO


5-07-2015, 11:58. Yazar: Xeberaz
Sabirabadda ağır qəza: 1 ölü, 4 yaralı - FOTO
Faktla bağlı cinayət işi açılıb.

Sabirabadda baş verən yol qəzasında bir ailənin 4 üzvü yaralanıb, biri isə ölüb.

Xeberaz.az xəbər verir ki, Sabirabad polis şöbəsindən APA-ya verilən məlumata görə, avtoqəza axşam saat 20.50-də, Sabirabad rayonunun Güdəcühür kəndi ərazisində baş verib.

Sabirabad rayonunun Qaratoğay kənd sakini, 1990-cı il təvəllüdlü Hənifəyev Heybətin idarə etdiyi “Mercedes” markalı 90 UF 115 dövlət nömrə nişanlı avtomobil, Axtaçı-Muğan kənd sakini, 1977-ci il təvəllüdlü Məhəmmədov Məhəmməd Şahin oğlunun idarə etdiyi VAZ 2107 markalı 99 AM 524 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə VAZ 2107 markalı avtomobildə olan sərnişin, Axtaçı-Muğan kənd sakini 1975-ci il təvəllüdlü Mehdiyev Adəm Nüsrət oğlu xəstəxanaya aparılarkən yolda ölüb.

VAZ 2107 markalı avtomobilin sürücüsü və həmin avtomobildə olan sərnişinlər -Axtaçı-Muğan kənd sakinləri, 1983-cü il təvəllüdlü Məhəmmədov Məhəbbət Şahin oğlu, 2009-cu il təvəllüdlü Məmmədli Şahin Məhəmməd oğlu və 1981-ci il təvəllüdlü Mehdiyev Namiq Böyükağa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Sabirabad polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.



Geri dön