Ana Sayfa > Karusel / Şou-Biznes / Xəbəraz TV > "Sevdiyim xanımla ailə qura bilmərəm" - əməkdar artistin oğlu

"Sevdiyim xanımla ailə qura bilmərəm" - əməkdar artistin oğlu


5-02-2018, 19:32. Yazar: Xeberaz

"Sevdiyim xanımla ailə qura bilmərəm" -  əməkdar artistin oğlu

ARB TV-nin "Boş anlar" verilişinin növbəti qonağı əməkdar artist Rəhman Rəhmanovun müğənni oğlu Emil Rəhmanov olub.
Yeni boşanan Emil yenidən evlənməyi düşündüyünü söyləyib:

“Sevgi mənim üçün insan qəlbində alovlanırsa, sönməməlidir. Sönürsə, sevgi deyil. Ötəri bir hisdir demək. Sevgi ikitərəfli olmalıdır və çox isti, çox hərarətli olmalıdır.
Neçə illərdir bu sevgi var və bu günə qədər də davam edir. O, xanımla ailə qurmaq alınmır. Biraz dolaşıq və dərin söhbətlərdir. Onun yaşadığı həyat mənim sənətim və yaşadığım həyatla uyğun gəlmir. O, mənim müğənni olmağımı istəmir”.



Geri dön