Ana Sayfa > Karusel / Hadisə > Bərdədə 16 yaşlı qız qaçırılıb

Bərdədə 16 yaşlı qız qaçırılıb


5-02-2018, 10:29. Yazar: Xeberaz


Bərdə rayonunda 16 yaşlı qız qaçırılıb.
Xəbəraz.Az report-a istinadən xəbər verir ki, hadisə Lənbəran kəndində baş verib.
Kənd sakini, 2002-ci il təvəllüdlü M. Hacıyeva tanımadığı şəxs tərəfindən qaçırılıb. Onun atası Bərdə Rayon Polis Söbəsinə müraciət edib. Ata qızını qaçıran şəxsdən şikayətçi olduğunu bildirib. O qeyd edib ki, övladı yetkinlik yaşına çatmayıb və məktəblidir.
M.Hacıyevanın atası şikayətini qızının zorla qaçırılması ilə əsaslandırıb.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tədbirlər görülür.
Geri dön