Ana Sayfa > Karusel / Dünya / Foto-fakt / Fotogalereya > İrəvanda yenidən aksiyalar başladı

İrəvanda yenidən aksiyalar başladı


4-07-2015, 23:38. Yazar: Xeberaz
İrəvanda yenidən aksiyalar başladı
Vətənpərvər mahnılar səsləndirilir.

Xeberaz.az xəbər verir ki,Ermənistanda elektrik enerjisinin bahalaşmasına qarşı etiraz edənlər yenidən artıq 10 gündən çoxdur bağlı olan marşal Baqramyan prospektinə toplaşmağa başlayıblar.

İstirahət günü olmasına baxmayaraq, nümayişçilər aksiyanın keçirildiyi yerdə arabir peyda olurdular.

Buna şəhərdə havaların çox isti keçməsi (37 dərəcə isti) səbəb ola bilərdi.

Barikkadalarda quraşdırılmış səsgücləndiricilərdən yenidən vətənpərvər mahnılar səsləndirilməyə başlayıb. Aksiyanın musiqi ilə müşayiət olunması artıq mitinq edənlərin özünəməxsus ənənəsinə çevrilib.
Geri dön