Ana Sayfa > Karusel / İdman > Millimiz İspaniyaya qarşı..

Millimiz İspaniyaya qarşı..


4-02-2018, 12:07. Yazar: Xeberaz

Futzal üzrə milli komandamız bu gün futzal üzrə Avropa çempionatında qrupdakı ikinci oyununa çıxacaq. Apasport.az saytının məlumatına görə, yığmamız İspaniya ilə görüşəcək.
 
3 komandadan ibarət qrupda ilk oyunda Fransa yığmasına qalib gələn Joze Alesionun yetirmələri artıq 1/4 finala çıxmağı təmin ediblər. Belə ki, bu qrupun ilk matçında Fransa ilə İspaniyanın heç-heçə oynaması millimizin önünü erkən açıb.
 
Turnirin favoritlərindən hesab olunan “buğalar”la görüş isə qrupdakı yerimizin müəyyənləşməsi və 1/4 finaldakı rəqibimizin kim olması baxımından əhəmiyyətlidir.
 
İspaniya yığması millimizə uduzacağı təqdirdə qrupda qalmaq ehtimalı olduğundan görüşün gərgin keçəcəyini proqnozlaşdırmaq olar.
 
AVRO-2018
D qrupu
4 fevral
 
23:45. Azərbaycan – İspaniya
Hakimlər: Vladimir Kadikov (Rusiya), Admir Zahoviç (Sloveniya), Alessandro Malfer (İtaliya)
Sloveniya, Lyublyana, “Stojica Arena
 
Azərbaycan: 12. Rövşən Hüseynli (q), 3. Bolinya, 5. Fineo de Araujo, 6. Eduardo Borqes, 13. Everton Kardoso, 1. Emin Kürdov (q), 2. Samir Həmzəyev, 4. İsa Atayev, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev (k), 10. Vassoura, 11. Xətai Bağırov, 14. Vitali Borisov, 18. Namiq Məmmədkərimov
Baş məşqçi: Joze Alesio da Silva
 
Turnir cədvəli
 
1.Azərbaycan 11005:33
2.İspanyia10104:41
3.Fransa20117:91



Geri dön