Ana Sayfa > Karusel / İdman > "QƏBƏLƏ"NİN MAKEDONİYA KLUBU İLƏ YOXLAMA MATÇINDA DAVA DÜŞÜB

"QƏBƏLƏ"NİN MAKEDONİYA KLUBU İLƏ YOXLAMA MATÇINDA DAVA DÜŞÜB


3-02-2018, 20:18. Yazar: Xeberaz
Şkendiyanın oyunçusu Ruslan Qurbanovu vurub
Şkendiya"nın oyunçusu Ruslan Qurbanovu vurub
Türkiyənin Antalya bölgəsində "Qəbələ" və "Şkendiya" komandaları (Makedoniya) arasındakı yoxlama matçında kütləvi dava baş verib.
İnsidentə 39-cu dəqiqədə "Şkendiya" futbolçusunun "qırmızı-qaralar"ın yarımmüdafiəçisi Filip Ozobiçə qarşı kobud oyunu səbəb olub.
Daha sonra Stiven Monroz Makedoniya klubunun futbolçularından birinin kobud ifadəsi ilə qarşılaşıb. Bunu görən "Qəbələ"nin və "Şkendiya"nın ehtiyat oyunçular skamyasında oturanlar da meydana girib. Tərəflər arasındakı dava zamanı "Şkendiya"nın oyunçularından biri "Qəbələ"nin hücumçusu Ruslan Qurbanovu vurub. Təqribən 2 dəqiqəyədək davam edən mübahisələrin sonunda tərəfləri sakitləşdirmək mümkün olub.
Qeyd edək ki, ilk yarıdan sonra "Qəbələ" hesabda geridədir - 0:2.


Geri dön