Ana Sayfa > Karusel / Siyasət / Dünya > "Zeytun budağı" davam edir - 823 terrorçu məhv edilib

"Zeytun budağı" davam edir - 823 terrorçu məhv edilib


3-02-2018, 10:59. Yazar: Xeberaz

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi antiterror əməliyyatları ilə bağlı son hesabat açıqlanıb.
Türkiyənin Baş Qərargahının yaydığı məlumata görə, "Zeytun budağı” əməliyyatının 14-cü günündə terrorçulara məxsus sığınacaq, anbar və atəş nöqtələri vurulub. Aviazərbələr nəticəsində 6 hədəf məhv edilib. 

Məlumatda qeyd olunub ki, "Zeytun budağı" əməliyyatında indiyədək 823 terrorçu zərərsizləşdirilib. 

Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində "Zeytun budağı” adlı əməliyyata başlayıb. Əməliyyatın məqsədi Türkiyənin Suriya sərhədlərində və bölgədə təhlükəsizliyini təmin etmək, PKK/KCK/PYD-YPG və İŞİD qruplaşmalarına mənsub terrorçuları zərərsizləşdirməkdir. 

Əməliyyatı Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi Hulusi Akar idarə edir.
Geri dön