Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Salyanda qadın itkin düşüb – FOTO

Salyanda qadın itkin düşüb – FOTO


2-02-2018, 14:27. Yazar: Xeberaz

Salyan rayonunun Şorsulu kənd sakini, 1979-cu il təvəllüdlü Ramella Bayramova 2014-cü ildə yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.   
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, həmin qadının xarakterik əlamətləri belədir:  boyu 157 santimetr, arıq bədən quruluşlu, nazik uzunsov qarayanız sifətli, qara qısa saçlı, gözlərinin rəngi qəhvəyidir. 
Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-nin “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Salyan Rayon Polis Şöbəsinə 021-255-51-83 şəhər, (050) 296-96-80 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur. 



Geri dön