Ana Sayfa > Karusel / İdman > Əsgər salamına görə komandaya 15 minlik CƏZA

Əsgər salamına görə komandaya 15 minlik CƏZA


2-02-2018, 10:59. Yazar: Xeberaz
Əsgər salamına görə komandaya 15 minlik CƏZA
Türkiyə Professional Futbol İntizam Qurumu (PFİQ) “Malatyaspor” azarkeşlərinin Afrində döyüşən “mehmetçik”lərə əsgər salamı göndərdiyi üçün klubu cəzalandırıb.
Qurum PFİQ “Malatyaspor”-“Sivasspor” matçının azarkeşlərə görə gec başlaması üzündən kluba 15 min türk lirəsi maddi cəza verib.

28 yanvar tarixində Super Liqa çərçivəsində oynanan matçda “Malatyaspor” azarkeşləri başlanğıc fitinin çalınmasından bir neçə saniyə öncə Afrində döyüşən “mehmetçik”lərə əsgər salamı göndərib. Meydançada olan futbolçular da azarkeşlərin bu dəstəyinə qoşulub.



Geri dön