Ana Sayfa > Karusel / Siyasət / Gündəm > Həmsədrlər fevralın 3-də Azərbaycana səfər edəcəklər

Həmsədrlər fevralın 3-də Azərbaycana səfər edəcəklər


1-02-2018, 19:51. Yazar: Xeberaz


ATƏT-in Minsk qrupunun həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popovun (Rusiya) regiona səfərlərinin dəqiq tarixi məlum olub.Diplomatik mənbə apa-ya eksklüziv olaraq bildirib ki, vasitəçilərin regiona səfəri Azərbaycandan başlanacaq.
 
Onlar fevralın 3-də Bakıya gələcəklər.
 
Fevralın 4-də həmsədrlərin Azərbaycan rəsmiləri ilə görüşləri nəzərdə tutulur.
 
Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar aparılacaq.
 
Vasitəçilər Bakıdan İrəvana yollanacaq, orada Ermənistan rəhbərliyi ilə görüşəcəklər.
 




Geri dön