Ana Sayfa > Karusel / Texnologiya > İnternetin qiyməti endirildi

İnternetin qiyməti endirildi


1-02-2018, 13:57. Yazar: Xeberaz

"Bakı Telefon Rabitəsi” MMC ("Baktelecom”) genişzolaqlı internet istifadəçiləri üçün qiymətləri endirdi.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, yeni sərfəli tariflər GPON (Gigabit Passive Optical Network - Gigabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyası vasitəsilə xidmət alan bütün internet abunəçiləri üçün tətbiq edilib.
Eyni zamanda 10 və 20 Mbit/s sürət istifadəçiləri üçün nəzərdə tutulan məbləğə telefon xidməti də daxil edilib. Yəni, abunəçi tətbiq olan tarif əsasında bir məbləğ ödəməklə 2 xidmətdən - internet və sabit telefon şəbəkəsindən faydalana bilər.
Qeyd edək ki, GPON internet xidməti fiber optik xətləri üzərindən təmin edilir. Bu texnologiya 100 Mbit/s-ə qədər qoşulma sürəti, kəsintisiz rabitə və telefon xətlərindən asılılığın olmaması kimi üstünlüklərə malikdir. Hazırda Bakı şəhəri üzrə 30 min mənzilə xidmət göstərilməsi üçün infrastruktur yaradılıb. Yaxın 1 il ərzində bu göstəricinin artırılması planlaşdırılır.
"Baktelecom”un genişzolaqlı internet xidməti üzrə tətbiq olunan yeni tariflər haqqında məlumatı www.baktelecom.az saytına və ya "155” qısa nömrəsinə müraciət etməklə əldə edə bilərsiniz.



Geri dön