Ana Sayfa > Karusel / Hadisə > Bakıda arvad ərinin dollarlarını oğurladı

Bakıda arvad ərinin dollarlarını oğurladı


1-02-2018, 13:49. Yazar: Xeberaz

Bakıda mənzildən külli miqdarda pul oğurlanıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə. yanvarın 30-da Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis bölməsinə rayon ərazisindəki mənzillərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub.
Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və ötən il noyabrın 16-dan cari ilin yanvar ayının 27-dək olan müddətdə həmin mənzildəki seyfdən 57 700 ABŞ dollarının oğurlanması məlum olub. Araşdırmalar zamanı həmin məbləğdə olan pulun ev sahibinin arvadı tərəfindən oğurlanmasına əsaslı şübhələr yarandığından qadın polis əməkdaşları tərəfindən saxlanılıb.
Aparılan əməliyyat tədbirləri ilə qadının oğurladığı həmin pulu tanışı olan bir nəfərə verməsi müəyyən edilib və həmin şəxs də polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb.
Araşdırma aparılır.


Geri dön