Ana Sayfa > Karusel / İqtisadiyyat > Azərbaycanda problemli kreditlər təhlükəli həddi keçib - XƏBƏRDARLIQ

Azərbaycanda problemli kreditlər təhlükəli həddi keçib - XƏBƏRDARLIQ


1-02-2018, 13:43. Yazar: Xeberaz


“Problemli kreditlər məsələsi artıq təhlükəli həddi keçib”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Əli Məsimli deyib.
 
O bildirib ki, artıq problemli kreditlərin həddi 2 milyard manatı keçib:
 
“Bu da ümumi portfelin 15 faizidir. Bu artıq təhlükəli həddi keçmədir. Ona görə də parlament olaraq bu məsələyə ciddi yanaşmalı və problemli kreditlərin restrukturizasiyası ilə bağlı qanun qəbul olunmalıdır”.
Geri dön