Ana Sayfa > Karusel / Dünya / Maraqlı / Xəbəraz TV > Günahsız yerə 39 il həbsdə qalan amerikalıya 1 milyon dollar pul ödənildi - VİDEO

Günahsız yerə 39 il həbsdə qalan amerikalıya 1 milyon dollar pul ödənildi - VİDEO


21-03-2015, 12:12. Yazar: Xeberaz
Günahsız yerə 39 il həbsdə qalan amerikalıya 1 milyon dollar pul ödənildi - VİDEO
“Bu çox əla bir xəbərdir”.

ABŞ-da işləmədiyi cinayətə görə, 39 il həbsdə qalan Riki Ceksonun təzminat tələbi ilə qaldırdığı iddia təmin olunub.

Xeberaz.az -ın ANS PRESS-ə istinadən məlumatına görə, ABŞ Ədliyyə nazirliyinə qarşı qaldırılan iddia barədə Ohayo məhkəməsi ötən gün yekun qərarını verib.

Bu qərara əsasən ABŞ dövləti 39 il günahsız yerə həbsdə qalan Riki Ceksona 1 milyon dollar təzminat ödəyəcək.

Qərarı eşidən Ceksonun reaksiyası isə həm həyəcanlı, həm də sevincli olub:

“Bu çox əla bir xəbərdir” – deyə zərərçəkmiş sevincini gizlədə bilməyib.

59 yaşlı Riki Cekson 1975-ci ildə Harold Franksı öldürməkdə ittiham olunmuşdu. Həmin tarixdə Ceksonun 39 il günahsız yerə həbs olunması üçün 13 yaşlı uşağın şahidliyi kifayət eləmişdi


Geri dön