Ana Sayfa > Karusel / Hadisə > Piyadanı maşın vuraraq öldürüb

Piyadanı maşın vuraraq öldürüb


1-02-2018, 11:03. Yazar: Xeberaz

Piyada həlak oldu
Bakıdan Sumqayıta gedən yolda avtomobil piyadanı vuraraq öldürüb.
Hadisə Bakı-Quba yolunun Binəqədi rayonu ərazisinə düşən hissəsində baş verib.
"90-NK-668" dövlət qeydiyyat nişanlı "Mercedes Vito" markalı avtomobil qəfil yola çıxan təxminən 30-35 yaşlı kişini vurub.
Sürücü yaralını xəstəxanaya çatdırsa da, o, həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları sürücünü saxlayıb.
Araşdırma aparılır.
Geri dön