Ana Sayfa > Karusel / İdman > Şəhriyar FİDE reytinqində 2-ci pilləyə yüksəldi

Şəhriyar FİDE reytinqində 2-ci pilləyə yüksəldi


31-01-2018, 22:23. Yazar: Xeberaz


Beynəlxalq Şahmat Federasiyası (FİDE) 2018-ci ilin ilk reytinq siyahısını açıqlayıb.
Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov ötən ayla müqayisədə 1 pillə irəliləyib.
33 yaşlı şahmatçı xallarını 2814-ə çatdıraraq 2-ci pilləyə yüksəlib. Hazırda o, birinci pillədəki norveçli dünya çempionu Maqnus Karlsendən 29 xal geri qalıb.
Azərbaycanın digər təmsilçilərinə gəldikdə, Teymur Rəcəbov 2748 xalla 18-ci, Rauf Məmmədov 2709 xalla 40-cı, Arkadi Naydiç isə 2705 xalla 41-cidir.



Geri dön