Ana Sayfa > Karusel / İbadət > Dua etməklə bağlı Ayətullah Behcətdən tövsiyələr

Dua etməklə bağlı Ayətullah Behcətdən tövsiyələr


31-01-2018, 16:18. Yazar: Xeberaz


Ayətullah Behcət bizlərə üç dəyərli tövsiyə vermişdir ki, onlara nəzər salaq:
“Üç şey bir-birindən ayrı deyildir.
1. O kəs ki, çoxlu dua edər, yerinə yetməkdən məhrum olmaz.
2. O kəs ki, çoxlu istiğfar edər, bağışlanmadan məhrum olmaz.
3. O kəs ki, çoxlu şükür edər, nemətlərin artmasından məhrum olmaz”.
Beləliklə, dua tofiqatını verən – onun yerinə yetriliməsi tofiqatını da əta edir. İstiğfar imkanı inayət edən – onu edəni bağışlayır. Və şükür etmək mərifətini insana nəsib edən – şükür edənin nemətlərini artırır.
 
Bəs duanın hansı mühüm şərtləri var?
İmam Sadiq (ə) buyurur: “Hər kim duasının yerinə yetməsini istəyirsə, gərək qazancını halal etsin, insanların haqqını ödəsin.
O kəsin ki, mədəsində haram mal olar və ya boynunda kiminsə haqqı olar, duası Allah dərgahında yuxarı qalxmaz”.
 
Duanın o qədər möhtəşəm təsiri vardır ki, hətta ağvalideynlik kimi günahı törətmiş insan üçün də şans və fürsət təqdim edilir. Bu baxımdan, valideyn üçün edilən duanın möcüzəsi xüsusi önəm kəsb edir.
İmam Sadiq (ə) buyurur: “Bəzən insanın valideyni dünyadan gedər ki, (həmin) övlad özünü (valideynə qarşı) ağ etmişdir. Allah (valideyni üçün etdiyi xeyir) duasına görə onun adını salehlərin zümrəsinə yazar”. (Tebyan)
 
Duanın qəbul olması üçün addımbaaddım proqram təqdim olunur. İmam Sadiq (ə) buyurur: “Əgər hacətin vardırsa, dəstəmaz al və iki rükət namaz qıl. Allahın həmdini yerinə yetir. Allahın nemətlərini yadına sal və sonra Allahdan xahiş et (yəni, hacətini istə). Bu zaman duan yerinə yetəcəkdir”
(deyerler.org)
Geri dön