Ana Sayfa > Karusel / Maraqlı / M2 > Azərbaycanın ən yaşlı sakinin 108 yaşı var

Azərbaycanın ən yaşlı sakinin 108 yaşı var


31-01-2018, 16:03. Yazar: Xeberaz

Azərbaycan Milli Elmlər Akademiyası Fiziologiya İnstitutu Azərbaycanın ən yaşlı sakininin adını açıqlayıb.
İnstitutun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova özəl olaraq trend-ə bildirib ki, Azərbaycanın ən uzunömürlü (yəni yaşı verifikasiya olunmuş) sakini Lənkəranın Gərmətük kəndində yaşayan 108 yaşlı Vəsmə Məmmədovadır.
U.Həşimova deyib: "Uzunömürlülər tədqiq olunarkən hər şeydən ilk öncə onların yaş verifikasiyası aparılır. Çünki bir çox hallarda sənədlərdə göstərilən yaşla əsl yaş göstəricisi üst-üstə düşmür. Odur ki, bəzən KİV-lərin ən yaşlı insan haqqında onların sənədinə istinadən yaydıqları məlumatın elmi əsası olmur".


Geri dön