Ana Sayfa > Karusel / İdman > “Roma”nın müdafiəçisi “Çelsi”də! - FOTO

“Roma”nın müdafiəçisi “Çelsi”də! - FOTO


31-01-2018, 10:58. Yazar: Xeberaz

“Roma”nın müdafiəçisi Emerson karyerasını İngiltərədə davam etdirəcək. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, braziliyalı futbolçu “Çelsi” ilə anlaşıb.
 
24 yaşlı “sambaçı” London təmsilçisi ilə 4,5 illik müqavilə imzalayıb. Emerson yeni komandasında 33 nömrəli formanı geyinəcək. Bu keçid “Roma”ya 20 milyon avro qazandırıb. “Canavarlar” daha 8 milyon avro bonus əldə edə bilərlər.
 
Qeyd edək ki, “Roma”nın digər futbolçusu Edin Dzekonun da “Çelsi”yə keçidi gözlənilsə də, italyanlar təklifi geri çeviriblər.


Geri dön