Ana Sayfa > Karusel / Hadisə > Qatarın altında qalıb öldü-Bakıda

Qatarın altında qalıb öldü-Bakıda


31-01-2018, 10:23. Yazar: Xeberaz


Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.Binəqədi rayonu ərazisində - Biləcəri dəmir yolu vağzalının yaxınlığında 1956-cı il təvəllüdlü Mövlanov Dövlət Allahverdi oğlu yük qatarının altında qalıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan 62 yaşlı kişi həkimlərin səyinə baxmayaraq vəfat edib.
 
 
Faktla bağlı Cinayət Məcəlləsinin 262.2-ci maddəsi ( Dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) ilə iş başlanılıb. Araşdırma aparılır.
 
 

Geri dön