Ana Sayfa > Karusel / Siyasət / Dünya > İslam Kərimovun nəvəsi Britaniyadan siyasi sığınacaq istəyir

İslam Kərimovun nəvəsi Britaniyadan siyasi sığınacaq istəyir


30-01-2018, 16:27. Yazar: Xeberaz


Özbəkistanın birinci prezidenti İslam Kərimovun nəvəsi (Gülnarə Kərimovanın oğlu) təxminən bir ay əvvəl Böyük Britaniya hökumətindən siyasi sığınacaq istəyib.
Bu barədə BBC onun Böyük Britaniyadakı vəkilinə istinadən məlumat yayıb.
Dekabrın 20-də BBC jurnalistləri İslam Kərimovun (nəvə) məsələyə aydınlıq gətirməsini istəyib. Keçmiş Özbəkistan liderinin nəvəsi bu sözləri deyib:
“Hüquqi prosedurlar və sənədlər hazırlanan kimi sığınacaq üçün müraciət edəcəyəm. Anamla əlaqədar böyük bir hadisə baş verib. Bu, tam gizli saxlanılır. Ancaq mənə çatan xəbərə görə, bu barədə yaxın zamanda ictimaiyyət məlumatlandırılacaq”.
Geri dön