Ana Sayfa > Karusel / Maraqlı > Dünyanın ən yaşlı kişisi öldü - 113 yaşında

Dünyanın ən yaşlı kişisi öldü - 113 yaşında


30-01-2018, 16:20. Yazar: Xeberaz

İspaniyanın Badaxos əyalətində dünyanın ən yaşlı kişisi Fransisko Nunyes Oliveyra 113 yaşında vəfat edib.
O, 1904-cü ilin dekabrında anadan olub.
F.N.Oliveyra 90 yaşından sonra iki müxtəlif əməliyyat keçirib. Onun 4 övladı, 9 nəvəsi və 15 nəticəsi var.
Qeyd edək ki, ondan əvvəl dünyanın ən yaşlı kişisi 117 yaşında ötən ilin avqustunda İsraildə vəfat etmişdi.
İndi bu ada iki namizəd var: 1905-ci ilin iyulunda anadan olmuş yaponiyalı Masadzo Nonaka və həmin ilin oktyabrında doğulmuş almaniyalı Qustav Gernet.
(trend)


Geri dön