Ana Sayfa > Karusel / Gündəm / İdman > Qurban Qurbanovun millimizdə ilk sınağı

Qurban Qurbanovun millimizdə ilk sınağı


30-01-2018, 09:51. Yazar: Xeberaz


Bu gün milli komandamız 2018-ci ildə ilk oyununa çıxacaq.

Antalya toplanışı çərçivəsində keçiriləcək yoxlama oyununda rəqib Moldova yığmasıdır.

Bu görüş Qurban Qurbanovun millimizin baş məşqçisi kimi ilk sınağıdır.

"Mardan" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan və Moldova milliləri indiyəfək 9 dəfə üz-üzə gəlib. 2 qələbə qazanan və 3 dəfə uduzan millimiz 4 heç-heçə edib.

30 yanvar
Yoldaşlıq oyunu

20:00. Azərbaycan – Moldova
“Mardan” stadionu 
Geri dön