Ana Sayfa > Karusel / Hadisə / M2 > Həşəratları məhv etmək üçün canını verdi

Həşəratları məhv etmək üçün canını verdi


4-07-2015, 17:50. Yazar: Kenan
Həşəratları məhv etmək üçün canını verdi
Hacıqabul sakini ziyanverici həşəratlar üçün nəzərdə tutulan kimyəvi maddədən zəhərlənərək ölüb.

Xeberaz.az xəbər verir ki, APA-nın məlumatına görə, 1953-cü il təvəllüdlü Nuriyeva Gülbahar İkram qızı həyətyanı sahədə ağaclara daraşan ziyanverici həşəratları çiləməklə məhv etmək üçün insektisid - "Bi-58" (Dimetoat) maddəsindən istifadə edib. Nəticədə kimyəvi maddənin su tozcuqlarını hava yolu ilə udan qadın nəfəs yollarının zədələnməsi və kimyəvi zəhərlənmə diaqnozu ilə Şirvan şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Lakin intensiv müalicə və reanimasiya tədbirlərinə baxmayaraq, xəstə bir neçə saatdan sonra dünyasını dəyişib.

Faktla bağlı Hacıqabul rayon Prokurorluğunda araşdırma aparılır.
Geri dön