Ana Sayfa > Karusel / Hadisə / M2 > Daha bir özəl klinikada ana ölümü baş verib

Daha bir özəl klinikada ana ölümü baş verib


21-03-2015, 12:09. Yazar: Xeberaz
Daha bir özəl klinikada ana ölümü baş verib
23-24 yaşlı ana uşağı sağ-salamat dünyaya gətirib.

Bakıda növbəti dəfə ana ölümü hadisəsi baş verib.

Xeberaz.az xəbər verir ki, Trend-in əldə etdiyi məlumata görə, hadisə dünən Bakıdakı özəl klinikalardan birində-“Astoriya” Tibb Mərkəzində baş verib.

Bu klinikada 23-24 yaşlı ana uşağı sağ-salamat dünyaya gətirsə də, özü doğuşdan sonra dünyasını dəyişib.

“Astoriya” Tibb Mərkəzindən hadisənin olmasını təsdiqləyiblər. Lakin klinikadan hadisə ilə bağlı ətraflı məlumat verməkdən boyun qaçırıblar.
Geri dön