Ana Sayfa > Karusel / Maraqlı / Xəbəraz TV > Ukrayna yığmasının üzvüvün toyunda Azərbaycan rəqsi - VİDEO

Ukrayna yığmasının üzvüvün toyunda Azərbaycan rəqsi - VİDEO


28-01-2018, 21:15. Yazar: Xeberaz


Azərbaycan yığmasının şərəfini qorumuş idmançıların oğlan toyu keçirilib.
İdman gimnastikası üzrə Azərbaycan yığmasının sabiq üzvü, hazırda Ukrayna yığmasının şərəfini qoruyan Petro Paxnyuk və bədii gimnastika üzrə yığmamızın sabiq üzvü olan Aynur Cabbarlının Bakıdan sonra Kiyevdə toy mərasimi baş tutub. Ukrayna paytaxtının məşhur restoranlarından birində məclisdə hər iki ölkənin idman ictimaiyyətinin tanınmış simaları iştirak edib. Toyda "Mən güləm" adlı Azərbaycan musiqisinin sədaları altında rəqs edilib.
Qeyd edək ki, hazırda Ukrayna yığmasının şərəfini qoruyan Petro Paxnyuk Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.

Geri dön