Ana Sayfa > Karusel / Hadisə / Dünya > Türkiyənin Hatay vilayətinə mərminin düşməsi nəticəsində bir uşaq yaralanıb

Türkiyənin Hatay vilayətinə mərminin düşməsi nəticəsində bir uşaq yaralanıb


27-01-2018, 20:44. Yazar: Xeberaz

PYD/YPG terrorçularının Türkiyənin Hatay vilayətinə törətdiyi hücum nəticəsində bir uşaq yaralanıb.
Afrindən Hatayın Reyhanlı rayonuna buraxılan raket 3 mərtəbəli binaya düşüb. Xoşbəxtlikdən bina boş olub.
Yaralanan uşaq xəstəxanaya çatdırılıb.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.(trend)
Geri dön