Ana Sayfa > Karusel / Hadisə > Goranboydan Tovuza toya gedən mikroavtobus aşdı, 3 nəfər yaralandı

Goranboydan Tovuza toya gedən mikroavtobus aşdı, 3 nəfər yaralandı


27-01-2018, 17:36. Yazar: Xeberaz

Tovuzda toya gedən mikroavtobus qəzaya uğrayıb.
Goranboy rayonundan gələn Ford markalı mikroavtobus Tovuz rayonunun Böyükqışlaq kəndi ərazisində idarəetməni itirərək aşıb. Hadisə nəticəsində 3 nəfər ağır xəsarət alıb.
Goranboy rayon sakinləri, 1999-cu il təvəllüdlü Xeyrullayeva Zinyət Halay qızı, 1951-ci il təvəllüdlü Əliyeva Səmayə Dünyamalı qızı və 1967-ci il təvəllüdlü Qasımova Ceyran Mədət qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.


Geri dön