Ana Sayfa > Karusel / Siyasət / Hadisə / Dünya > Türk qırıcıları 3 şəhəri vurdu: Mərkəz məhv edildi

Türk qırıcıları 3 şəhəri vurdu: Mərkəz məhv edildi


25-01-2018, 16:36. Yazar: Xeberaz

Türkiyə qırıcıları Reyhanlının şimalındakı Cinderes, şərqindəki Menbiç və Tel-Abyada hava hücumları təşkil edib.
Bu barədə Türkiyə mətbuatı informasiya yayıb.
Məlumata görə, Tel Abyada endirilən aviazərbələr zamanı PKK-nın toplanma mərkəzində çoxlu sayda terrorçu məhv edilib.
Türkiyənin “Zeytun budağı” əməliyyatı çərçivəsində YPG-dən azad etdiyi Abudan kəndində isə PKK terror qruplaşmasının bayraqları və Öcalanın posterləri yandırılıb.
Geri dön