Ana Sayfa > Karusel / Hadisə > Salyanda ev yandı- Bir nəfər öldü

Salyanda ev yandı- Bir nəfər öldü


24-01-2018, 17:30. Yazar: Xeberaz


Salyanda yanğında 71 yaşlı qadın ölüb.
Rayonun Xocalı kəndində ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Yanğının kəşfiyyatı zamanı 1947-ci il təvəllüdlü İsmayılova Ceyran Nəzər qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.


Geri dön