Ana Sayfa > Karusel / Gündəm / Foto-fakt > Hacı Zeynalabdin Tağıyevin imzası ilə olan şəkli muzeyə hədiyyə edildi - FOTO

Hacı Zeynalabdin Tağıyevin imzası ilə olan şəkli muzeyə hədiyyə edildi - FOTO


23-01-2018, 13:27. Yazar: Xeberaz



Milli Azərbaycan Tarixi Muzeyinə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin fotosu hədiyyə edilib.
Muzeydən verilən məlumata görə, foto muzeyə Türkiyədə yaşayan həmyerlimiz, Anadolu Universitetinin professoru Zaur Mükərrəm (Məhərrəmov) təqdim edib.
Fotoşəklin arxa hissəsində “Əli Hüseynzadəyə yadigar, 3 kanunu-əvvəl (dekabr), 1910” sözləri yazılıb.
Fotonun arxasında H.Z.Tağıyevin öz imzası da var.




Geri dön