Ana Sayfa > Karusel / İdman > Fatih Terimin istefası qəbul edilmədi

Fatih Terimin istefası qəbul edilmədi


22-01-2018, 21:59. Yazar: Xeberaz

Formal olaraq istefa verəcəyi deyilən "Qalatasaray” klubunun baş məşqçisi Fatih Terim vəzifəsində qalıb.
 İstanbul klubunun yeni prezidenti Mustafa Cengiz "TRT Spor”a deyib ki, təcrübəli mütəxəssisin istefası qəbul olunmayıb:
"Fatih Terim mənə hörmət əlaməti olaraq istefa təklifi ilə çıxış etdi. Amma qəbul etmədim. Terimin adını ilk olaraq mən dilimə gətirdim. Baş məşqçimiz ilə davam edəcəyik”, - deyə M.Cengiz vurğulayıb.
Qeyd edək ki, Fatih Terim ötən il dekabrın 22-də 4-cü dəfə "Qalatasaray”ın baş məşqçisi təyin olunub. Həmin vaxt klub prezidenti son seçkidə uduzan Dursun Özbək idi. F.Terim də seçkidən sonra istefa verəcəyini, qərarı yeni rəhbərliyin öhdəsinə buraxacağını söyləmişdi.
Geri dön