Ana Sayfa > Karusel / Hadisə > Bakıda dəhşətli YANĞIN- 2 yaşlı qız öldü

Bakıda dəhşətli YANĞIN- 2 yaşlı qız öldü


22-01-2018, 16:21. Yazar: Xeberaz

Bakı şəhəri, Binəqədi rayonunda taxtadan tikilmiş, ümumi sahəsi 117 m2 olan birmərtəbəli tikili və içərisində olan əşyalar, həmçinin ümumi sahəsi 33 m2 olan bitişik tikili yanıb.
 
Yanğın zamanı 1 nəfər yanıq xəsarətləri alıb. Yanğının kəşfiyyatı zamanı 2016-cı il təvəllüdlü Əliyeva Ayan Lətif qızının yanmış meyiti aşkarlanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Geri dön