Ana Sayfa > Karusel / Gündəm > Nazirliyin baş cərrahı: Keyləşdirmə altında olan şəxs özünü necə əməliyyat edə bilər?

Nazirliyin baş cərrahı: Keyləşdirmə altında olan şəxs özünü necə əməliyyat edə bilər?


22-01-2018, 12:38. Yazar: Xeberaz


"Belə məlumatlar verilir ki, guya Sumqayıtda kimsə özünü əməliyyat edərək kor bağırsağını çıxardıb, başqa bir şəxs də piyini çıxardıb. Lakin bunlar ciddi məsələlər deyil. Belə məlumatlarla bağlı jurnalist tədqiqatlarının aparılmasına ehtiyac var".
Bunu Trend-ə Səhiyyə Nazirliyinin baş cərrahı Hacıqulu Bağırov bariatrik-estetik cərrah Mübariz Məmmədlinin özünü liposaksiya (piy sovurma əməliyyatı) əməliyyatı etməsi ilə bağlı sosial şəbəkədə paylaşdığı videoya münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, əgər həkimin əməliyyatını başqa həkim həmkarı edibsə, bu əməliyyatın videosunun şəxsin öz adından sosial şəbəkədə paylaşılması düzgün deyil.


Geri dön