Ana Sayfa > Karusel / Gündəm > Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib


20-01-2018, 13:07. Yazar: Xeberaz

20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Bu gün saat 12:00-da 20 Yanvar şəhidlərinin xatirəsinin anımı ilə əlaqədar ölkə ərazisində nəqliyyat vasitələri və piyadaların hərəkəti bir dəqiqəlik dayandırılıb.
Xəbəraz.Az-ın xəbərinə görə, nəqliyyat vasitələri, Bakı buxtasındakı gəmilər, metro və yerüstü qatarlar fit verib.
Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən sovet ordusu Azərbaycana qarşı hərbi əməliyyatlara başlayıb. Faciə zamanı 137 insan öldürülüb, 744 adam ağır xəsarət alıb, 841 nəfər isə qanunsuz olaraq həbs edilib. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıdılıb.

Geri dön