Ana Sayfa > Karusel / Qadınlar / M2 / Araşdırma > Keçmiş sevgilini necə unutmalısan? - 5 QIZIL QAYDA

Keçmiş sevgilini necə unutmalısan? - 5 QIZIL QAYDA


4-07-2015, 12:10. Yazar: Xeberaz
Keçmiş sevgilini necə unutmalısan? - 5 QIZIL QAYDA
Sevgilinizlə ayrılmısınızsa, mütləq bu yazını oxuyun. Keçmiş sevgilini unutmaq üçün 5 qızıl qaydanı oxuyun və çalışdığınız qədər əməl edin:

Xeberaz.az xəbər verir ki, Sevgilisindən ayrılmış və ürək qırıqlığı yaşayanlar nə etməli?

1. Bütün ünsiyyət yaratmaq üçün yaradılan üsullardan xilas olun, onu axtarmayın...

Sevgi nə qədər uzun müddətli olubsa, ondan imtina etmək də bir o qədər çətin olur. Ancaq öz yaxşılığınız üçün həm özünüzə, həm də ki, qarşınızdakına qarşı mərhəmətsiz olmalısınız. Keçmiş sevgilinizin yenidən həyatınıza girməsinə, başınızı qarışdırmasına vasitəçi ola biləcək şeylərdən xilas olun. Ondan həqiqətən uzaq ola bilmək üçün sosial şəbəkəyə belə daxil olmayın. Yalnız darıxdığınızı söyləmək üçün belə, axtarmayın onu.

2. Ağlamaqdan çəkinməyin...

Ayrılıq qərarı verdinizsə, bu zaman ağlamaq olar. Özünüzü sıxmayın, ürəyiniz istədiyi qədər ağlayın. Unutmayın, nəticə olaraq onunla ya da onsuz, yaşamağa davam etmək məcburiyyətindəsiniz.

3. Özünüzü əzizləyin, maddi imkanınız daxilində hər yerə gedin...

Həyatın dadını çıxarın. Spaya, masaja, gözəllik salonuna, hovuza gedin. Özünüzü rahat və dəyərli hiss edəcəyiniz məkanlara üz tutun. Bu zaman peşman olmazsınız.

4. Dostlarınızla və rəfiqələrinizlə daha tez-tez görüşün...

Sevgilinizlə ayrılmazdan öncə dostlarınızla əməlli-başlı görüşməyə zaman ayıra bilmirdiniz, elə deyilmi? Elə isə, fürsəti fövdə verməyin. Hal-hazırda dostlarınıza yenidən vaxt ayırmanın tam zamanıdır. Dostlarınız sizə dəstək olacaqlar və siz bu prosesi sovuşdurana qədər güclü olduğunuza inanacaqsınız.

5. Yenidən sevin, aşiq olun...

Bəli, bir çox qadın yeni bitmiş əlaqədən sonra yenidən aşiq olmaq istəmir, sevməkdən qorxurlar. Ancaq bilirsiniz ki, eşq, beyin fəaliyyəti ilə yaxından əlaqəlidir. Ürək qırıqlığı ya da ayrılıq sonrası beyin təbii olaraq bir növ "quraqlıq" mərhələsinə girər. Bu mərhələdə, pərişan bir halda eşq üçün yalvaracaq vəziyyətə gələr və bu zaman siz keçmiş sevgilinizin geri dönməsini ümid etməyə başlarsınız. Beyninizin "qurumamasının" tək yolu, yenidən aşiq olmaqdır. Çünki eşq, beyninizin yenidən "məhsuldar" mərhələyə girməsini necə lazımdır elə təmin edər.
Geri dön