Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Bakıda banka basqın olub

Bakıda banka basqın olub


18-01-2018, 16:54. Yazar: Xeberaz


“Turanbank”ın Bakıdakı filiallarından birinə basqın olub.

Hadisə bankın Nizami küçəsi-53 ünvanında yerləşən Yasamal filialında qeydə alınıb.
Məlumata görə, əlində kəsici alət olan naməlum şəxs filialın kassasına yaxınlaşaraq kassirdən hədə-qorxu ilə pul tələb edib.
Hadisə yerinin yaxınlığında olan polis əməkdaşları həmin şəxsi yaxalayıb.
Fakt üzrə araşdırmalar davam etdirilir.(report)


Geri dön