Ana Sayfa > Karusel / Siyasət / Dünya > Rusiyaya daha pis xəbər

Rusiyaya daha pis xəbər


21-03-2015, 10:40. Yazar: Elmir
Rusiyaya daha pis xəbər

Moldova Baş naziri Kiril Qaburiç NATO nümayəndəliyinin Kişniyovda fəaliyyətə başlayacağını açıqlayıb.

Xeberaz.az xəbər verir ki, Brüsselə səfəri zamanı NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşən Qaburiç milli təhlükəsizlik istiqamətində ikitərəfli əməkdaşlığın inkişafı haqqında müzakirələr aparıb.

Stoltenberq 1 iyuna qədər Kişniyova səfər edəcək və təşkilat nümayəndəliyinin açılışında iştirak edəcək.

Moldovanın Müdafiə naziri Viorel Çibotaru açıqlamasında döyüş hazırlığının artırılması istiqamətində bir sıra qərarların artıq qəbul edildiyini, ancaq ordunun bütün ehtiyaclarının qarşılanması üçün ölkənin hərbi büdcəsinin dörd dəfə arıtırlmasının vacib olduğunu vurğulayıb.
Geri dön